Cocuq Mərcanlıda 10 evə baxış keçirilib

Cocuq Mərcanlıda 10 evə baxış keçirilib
  25 Fevral 2017    Oxunub:4179
ANAMA fevralın 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 10 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər.
AzVision.az xəbər verir ki, ümumilikdə 1050 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticədə 90 min 600 kvadratmetr ərazi (62 min 500 kvadratmetr ərazi əl ilə, 12 min 500 kvadratmetr mexaniki üsulla və 15 min 600 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti