İlham Əliyevin Moskvaya səfəri gözlənilir

İlham Əliyevin Moskvaya səfəri gözlənilir
  07 Mart 2017    Oxunub:3792
Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri gözlənilir.

AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşdə bildirib.

Məmmədyarov deyib ki, Rusiya və Azərbaycan bu il bir sıra səfərlər, o cümlədən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil etmək niyyətindədir.

“Düşünürük ki, Rusiyanın Baş naziri Dmitri Medvedev səviyyəsində Bakıya səfər baş tutacaq. Həmçinin Prezident İlham Əliyevin Moskvaya səfəri gözlənilir”.

Nazir qeyd edib ki, İlham Əliyevin Moskvaya səfərinin təşkili barədə Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlar zamanı müzakirə olunub, lakin dəqiq tarix məlum deyil.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlhamƏliyev   Rusiya   Səfər  





Xəbər lenti