Bakı sakini qaçırdığı maşınla qəza törətdi

Bakı sakini qaçırdığı maşınla qəza törətdi
  11 Mart 2017    Oxunub:1745
Qaçırdığı avtomobillə qəza törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 10-da Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daevoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti