Qeyd edək ki, Müşfiqin abidəsi fevralın 27-də müvafiq qurumlarla razılaşdırılmadan götürülüb. Ölkə ictimaiyyətinin narazılığına səbəb olan məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ciddi narahatlığını ifadə edib. Ölkə başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.
Abidənin icazəsiz götürülməsinə və üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb. MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyib.
Xatırladaq ki, M.Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan heykəlinin müəllifi Əməkdar rəssam Münəvvər Rzayevadır.
_1490615021.jpg)
_2981230042.jpg)
_4471845063.jpg)
_7453075110.jpg)
_1490615069.jpg)
Foto: Elvin Abdulla
AzVision.az