Sabirabadda qatar maşını vurub, 2 nəfər ölüb
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin, 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:55-də başa çatıb.
AzVision.az