Aeroportda oğurluq edən şəxs tutuldu

Aeroportda oğurluq edən şəxs tutuldu
  05 Aprel 2017    Oxunub:1707
Hava limanında içərisində 4000 avro olan çantanı oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.

AzVision.az




Teqlər: DİN   oğurluq  





Xəbər lenti