Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb
![Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb](https://azvision.az/photos/qeza-azvision--fonnn_1491421959.jpg)
Rayon sakini, 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb.
Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
AzVision.az