45 yaşlı kişi küçədə güllələnib
![45 yaşlı kişi küçədə güllələnib 45 yaşlı kişi küçədə güllələnib](https://azvision.az/photos/gun_albom_271015_1491457971.jpg)
Beyləqan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.
AzVision.az