Zərdabda 62 yaşlı kişi özünü asıb

Zərdabda 62 yaşlı kişi özünü asıb
  08 Aprel 2017    Oxunub:1212
Zərdab rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. (Trend)

AzVision.az


Teqlər: Zərdab.İntihar  





Xəbər lenti