“İntim videonu yayacam” deyib 108 min aldı
![“İntim videonu yayacam” deyib 108 min aldı “İntim videonu yayacam” deyib 108 min aldı](https://azvision.az/photos/intimvideo_1491838260.jpeg)
Paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.
Əlacsız qalan şəxs polisə müraciət edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (Report.az_
AzVision.az