Yasamaldakı yanğınla bağlı yeni məlumat

Yasamaldakı yanğınla bağlı yeni məlumat
  11 Aprel 2017    Oxunub:1612
Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da günorta saatlarında paytaxtın Yasamal rayonunda baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, məlumatda taxta konstruksiyadan ibarət, ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində bir neçə vətəndaşa məxsus mənzillərin 75 kvadratmetr sahədə yandığı qeyd edilib.

Mənzillərin qalan hissəsi və yaxınlıqdakı digər binalar yanğından mühafizə olunub. Alov söndürülüb.

AzVision.az


Teqlər: Yasamal   Yanğın   FHN  





Xəbər lenti