Bakı bulvarında intihar hadisəsi

Bakı bulvarında intihar hadisəsi
  11 Aprel 2017    Oxunub:1519
Bakı bulvarında gənc oğlan intihar edib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: FHN   intihar  





Xəbər lenti