Yararsız kolbasa-sosiska satan şəxslər tutulub
![Yararsız kolbasa-sosiska satan şəxslər tutulub Yararsız kolbasa-sosiska satan şəxslər tutulub](https://azvision.az/photos/4_1491902370.jpg)
Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.
Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.
AzVision.az
Teqlər: DİN