Ötən il 26 mindən çox cinayət törədilib - Statistika
![Ötən il 26 mindən çox cinayət törədilib - Statistika Ötən il 26 mindən çox cinayət törədilib - Statistika](https://azvision.az/photos/408774546_1491907376.jpg)
Qeydə alınmış cinayətlərdən şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətləridir.
Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.
Ümumilikdə, 2016-cı ildə cinayət törətmiş şəxslərin 83, 4 faizi cinayət məsuliyyətinə cəlb olunub ki, onların da 77, 8 faizi əmək qabiliyyətli yaşda, heç bir yerdə oxumayan və işləməyənlər, 18, 3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2, 7 faiz təşkil edib.
Qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 hadisə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2, 5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91, 5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0, 7 faizi əzab vermə, 1, 1 faizi isə digər cinayətlərə aiddir.
Aytən Zəhra
AzVision.az
Teqlər: cinayət statistika