Bakıda istirahət mərkəzi uçdu: 2 ölü (Adlar+Yenilənib)
![Bakıda istirahət mərkəzi uçdu: 2 ölü (Adlar+Yenilənib) Bakıda istirahət mərkəzi uçdu: 2 ölü (Adlar+Yenilənib)](https://azvision.az/photos/kiev_2_13_1492001065.jpg)
“Xəstələrdən birinin bud sümüyü sınıb, o reanimasiyadadır. Birinin isə baldır sümüyü sınıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Gətirilən bir xəstəyə isə baxış keçirilir, çox gümanki evə buraxılacaq”.
***
Bakıda tikilməkdə olan istirahət mərkəzinin uçması nəticəsində 2 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az-a bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
***
Bakıda tikilməkdə olan istirahət mərkəzi uçub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində “Green City” istirahət mərkəzində baş verib.
Uçqun altında qalanların olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artıq uçqun altından 1 nəfərin meyitini çıxarıblar.
Axtarışlar davam etdirilir.
Aytən Zəhra
AzVision.az