Bakıda dəhşətli qəza: 3 nəfər yanaraq ölüb (VİDEO)

Bakıda dəhşətli qəza: 3 nəfər yanaraq ölüb (VİDEO)
  14 Aprel 2017    Oxunub:16691
Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.



AzVision.az


Teqlər: Bakı   Qəza   FHN   Ölüm  





Xəbər lenti