"Xəzərin hüquqi statusuna dair Konvensiya hazırdır" - Rusiya XİN

"Xəzərin hüquqi statusuna dair Konvensiya hazırdır" - Rusiya XİN
  14 Aprel 2017    Oxunub:1612
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya praktiki olaraq imzalanmağa hazırdır. AzVision.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin ölkə sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
“Konvensiya layihəsinin böyük bir hissəsi tərəflər arasında razılaşdırılıb. Bu müddəalar bütün beş tərəfin tələblərini balanslaşdırır və heç bir ölkənin milli maraqlarına zidd deyil. Demək olar ki, bir-iki məsələ qalıb. Biz həqiqətən də final mərhələyə yaxınlaşmışıq və yaxın gələcəkdə ölkə liderlərinə imzalamaq üçün təqdim edə biləcəyimiz yaxşı bir sənəd hazırlamaq şansımız var”.

Öz növbəsində, Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetov Xəzər dənizinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Xəzər dənizi təkcə regional dövlətlərin geosiyasi və hərbi-siyasi maraqlarının birləşdiyi məkan deyil. Bura, həmçinin Şərqlə Qərbi birləşdirən Böyük İpək yoludur”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Xəzər   Rusiya   Azərbaycan  





Xəbər lenti