Bakıda silahlı şəxslər tutulub
![Bakıda silahlı şəxslər tutulub Bakıda silahlı şəxslər tutulub](https://azvision.az/photos/6673d57ee03aad74d21cfb2602731898_1492169900.jpg)
Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən də analoji əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Maştağa qəsəbə sakini Sahib Əliyev Albalılıq bağ massivində şübhəli şəxs qismində tutulub. Onun üzərinə baxış zamanı əynindəki gödəkçənin altında gizlətdiyi 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində bildirib ki, avtomatı bir müddət Albalılıq massivində yaşayış olmayan bağ evlərinin birinin həyətində qazaraq gizlədib. Amma sonradan odlu silahı gizlətdiyi yerdən çıxararaq yaşadığı evə aparmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb. Belə ki, Baş İdarəyə Qazax-Bakı qatarının vaqonlarından birində olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Rasim Nəcəfovun üzərində odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. NBPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə R.Nəcəfov Bakı Dəmir Yol Vağzalında saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança və içərisində 5 ədəd patron daraq aşkar olunaraq götürülüb. Qeyd edilən hər 3 faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az