Ərdoğanı təbrik edən ilk prezident İlham Əliyev oldu

Ərdoğanı təbrik edən ilk prezident İlham Əliyev oldu
  17 Aprel 2017    Oxunub:4316
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyədə keçirilən referendumla bağlı həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Prezident İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Ölkə başçısı telefon danışığı ilə yanaşı həmkarı Ərdoğana təbrik məktubu da ünvanlayıb.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyevin Türkiyə prezidenti və xalqına ünvanladığı təbrik qardaş ölkə mətbuatının manşet xəbərlərində yer alıb.

Türkiyə KİV-ləri yazır ki, Ərdoğanı ilk təbrik edən prezident İlham Əliyevdir. Türkiyə prezidentini daha sonra Qatar əmiri və Fələstin lideri təbrik edib.

AzVision.az




Teqlər: Azərbaycan   Türkiyə   İlhamƏliyev   Ərdoğan   Referendum  





Xəbər lenti