İt Hindistan vətəndaşını ifşa etdi
![İt Hindistan vətəndaşını ifşa etdi İt Hindistan vətəndaşını ifşa etdi](https://azvision.az/photos/meds-white-pills-TS-8968352_1492416461.png)
Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və üzərinə baxış keçirilib. Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr - 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,054 qram təşkil edən marixuana və üç ədəd bükümdə, ümumi xalis çəkisi 16,389 qram təşkil edən həşiş aşkar edilib.
Bundan başqa, 27 ədəd həb şəklində "Alprazolam", 1 ədəd bükümdə, xalis çəkisi 0,450 qram təşkil edən metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,340 qram təşkil edən metilendioksiamfetamin (MDA) adlı psixotrop maddələr, həmçinin 20 ədəd həb şəklində "T-Dol-Tramadol Hydrochloride Tablets" adlı güclü təsiredici maddə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az