Azad Rəhimov vətəndaşları qəbul edib

Azad Rəhimov vətəndaşları qəbul edib
  17 Aprel 2017    Oxunub:1123
Aprelin 17-də gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və işlə təminat məsələlərinə dair olub.

Əksəriyyəti idman sahəsi üzrə olan müraciətlərə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqlarla təmini, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakına dair olub.

Gənclər sahəsində müraciətləri qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin olunması və fəaliyyəti məsələləri təşkil edib.

Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: AzadRəhimov   Sumqayıt   qəbul  





Xəbər lenti