QSC rəsmisi bildirib ki, “Sleepbox” istifadəyə veriləndən bu günə qədər 15-ə yaxın sərnişin bu xidmətdən istifadə edib. Şöbə rəisinin sözlərinə görə, ehtiyac olacağı halda “Sleepbox”un sayı artırılacaq.
Qeyd edək ki, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.
![](https://azvision.az/photos/slipbox-(1)_1489215545_1489471593_1492432049.jpg)
![](https://azvision.az/photos/slipbox-(4)_5956862184_1489471632_4477296147.jpg)
Anar Kəlbiyev
AzVision.az