Ağdamda məktəbdə bomba həyəcanı - Bir nəfər tutuldu
![Ağdamda məktəbdə bomba həyəcanı - Bir nəfər tutuldu Ağdamda məktəbdə bomba həyəcanı - Bir nəfər tutuldu](https://azvision.az/photos/polise-hucum_1492442285.jpg)
Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.
Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
AzVision.az