Bu günün havası: Yağış, dolu, külək
![Bu günün havası: Yağış, dolu, külək Bu günün havası: Yağış, dolu, külək](https://azvision.az/photos/19-aprel-hava_1492577992.jpg)
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 20-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
AzVision.az