FHN hesabat verdi - 24 nəfər yanaraq ölüb
![FHN hesabat verdi - 24 nəfər yanaraq ölüb FHN hesabat verdi - 24 nəfər yanaraq ölüb](https://azvision.az/photos/arx-(359)_1492603040.jpg)
2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib,
Onlardan: Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 621 çıxış;
Açıq sahələrdə yanğınlar – 996 çıxış;
Nəqliyyat vasitələrində yanğınlar – 73 çıxış;
Meşə və meşə talalarında yanğınlar - 1 çıxış;
Digər yanğınlar - 513 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıbır ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. 2017-ci ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.
Aytən Zəhra
AzVision.az