Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda 3 otaqlı ev yanıb
  20 Aprel 2017    Oxunub:1090
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 105 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Cəlilabad   FHN   Yanğın  





Xəbər lenti