Bakıda silahlı insident - 2 nəfər güllələnib
![Bakıda silahlı insident - 2 nəfər güllələnib Bakıda silahlı insident - 2 nəfər güllələnib](https://azvision.az/photos/ov-tufengi-ov-tufengi_1492668160.jpg)
Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az