Nəzir qutusundan oğurluq edən dəstə tutuldu

Nəzir qutusundan oğurluq edən dəstə tutuldu
  21 Aprel 2017    Oxunub:1255
Qubada oğurluq edən şəxslər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti