Bakıda həkim və tibb bacısı döyülüb - Video
![Bakıda həkim və tibb bacısı döyülüb - Video Bakıda həkim və tibb bacısı döyülüb - Video](https://azvision.az/photos/qeza-azvision--fonnn_1493148825.jpg)
Lakin xəstənin qohumları vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də həkimi döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü həkim Rizvan Hacıyev və 1972-ci il təvəllüdlü tibb bacısı Ləman Həsənova hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə yerində dünyasını dəyişən Pirməmməd İmanovun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Mərhumun qohumları başlarının yasa qarışdığını bildirərək hadisə ilə bağlı açıqlama vermədilər.
Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb. (Xəzər TV)
AzVision.az
Teqlər: Bakı Tibbi-Yardım