Ata canlı yayımda qızını və özünü öldürdü

Ata canlı yayımda qızını və özünü öldürdü
  27 Aprel 2017    Oxunub:1653
Taylandda ata "Facebook"un canlı yayımında qızını, sonra isə özünü öldürüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisə Taylandın Phuket adasında istifadə olunmayan oteldə baş verib.

21 yaşlı oğlanın qohumları videonu gördükdən dərhal sonra polisə xəbər versələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, həmin şəxs arvadı ilə dalaşdıqdan sonra qızını və özünü öldürmək qərarına gəlib. İntihar görüntüləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Facebook   İntihar  





Xəbər lenti