Gömrükdə 18 kq narkotik ələ keçirildi
![Gömrükdə 18 kq narkotik ələ keçirildi Gömrükdə 18 kq narkotik ələ keçirildi](https://azvision.az/photos/марихуана_1493278211.jpg)
Beləliklə, külli miqdarda narkotik vasitəni Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.
Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərən, eyni zamanda, gətirdiyi narkotik vasitələri ölkə ərazisində realizə edən şəxsin azərbaycanlı ortaqlarından narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları öyrənilərək müvafiq əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.
Biləsuvar rayonunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Rüstəmov Ayaz Murtuz oğlu və Ağabalayev Orduxan Əlyağa oğlu saxlanılıb və onlardan satmaq istədikləri 18 ədəd bağlamada, ümumi xalis çəkisi 18 kq 20 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: DGK