Kürdəmirdən maşın qaçıran şəxs Zərdabda tutuldu

Kürdəmirdən maşın qaçıran şəxs Zərdabda tutuldu
  27 Aprel 2017    Oxunub:1286
Avtomobil qaçırmış şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir RPŞ-yə təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti