Axşam paytaxtın bu yolları bağlanacaq

Axşam paytaxtın bu yolları bağlanacaq
  27 Aprel 2017    Oxunub:1590
"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol" ASC-dən AzVision.az-a verilən məlumata görə, müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

AzVision.az


Teqlər: Yol   təmir  





Xəbər lenti