Sabunçuda 2 otaqlı ev yanıb

Sabunçuda 2 otaqlı ev yanıb
  28 Aprel 2017    Oxunub:1499
Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 11 mənzildən ibarət binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları, 1-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan 3 otaqlı mənzildə 1 ədəd kondisioner yanıb və yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti