Qazaxda 4 otaqlı ev yanıb

Qazaxda 4 otaqlı ev yanıb
  01 May 2017    Oxunub:1364
Qazax şəhərində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Qazax   yanğın  





Xəbər lenti