Kürdəmirdə 3 otaqlı ev yanıb

Kürdəmirdə 3 otaqlı ev yanıb
  03 May 2017    Oxunub:1418
Kürdəmirdə yanğın qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Karrar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağın və aynabəndin yanar konstruksiyaları 48 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti