Magistralda ağır qəza olub

Magistralda ağır qəza olub
  04 May 2017    Oxunub:1450
Bakı-Qazax magistral avtomobil yolunun təqribən 10-cu kilometrliyində Qaradağ rayonu ərazisində “DAF” markalı yük avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:49-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti