“BakuBus”-da sərnişin mədəniyyətsizliyi - Video

“BakuBus”-da sərnişin mədəniyyətsizliyi - Video
  04 May 2017    Oxunub:2389
Bakı Nəqliyyat Agentliyi (BNA) “BakuBus” avtobusunda qaydalara riayət etməyən sərnişinin görüntülərini yayıb.
AzVision.az BNA-istinadən vildirir ki, təqdim olunan video görüntüdə, cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da svetoforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür.

Məlumatda qeyd edilib ki, bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur.

“Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər. İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur”.

Bakı Nəqliyyat Agentliyi bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırır. “Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik”.



Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   BakuBus  





Xəbər lenti