Gəncədə dəhşətli qəza, 4 yaralı - Video
![Gəncədə dəhşətli qəza, 4 yaralı - Video Gəncədə dəhşətli qəza, 4 yaralı - Video](https://azvision.az/photos/9ba63c1cbc7affede9eac4ceb4a71643_1493913659.jpg)
Gəncə şəhər sakini, 34 yaşlı Amin Nüsrət oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" və Daşkəsən rayon sakini, 45 yaşlı İsa Əli oğlu Verdiyevin sükanı arxasında olduğu "VAZ-21011" markalı maşınlar toqquşub. Qəza nəticəsində sürücülər və sərnişinlər, 38 yaşlı İlqar Məhəmməd oğlu Verdiyev, 39 yaşlı Qorxmaz Xasməmməd oğlu Salmanov xəsarət alıb. Onlardan 2-si Gəncə Şəhər TTYX-nin Travmatologiya, biri Cərrahiyə şöbələrinə yerləşdirilib. Xəsarətləri daha ağır olan bir yaralı isə Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb. (ARB TV)
AzVision.az