“Müxalifət partiyaları aldıqları qrantlar barədə məlumat vermirlər” - Baş Prokuror

“Müxalifət partiyaları aldıqları qrantlar barədə məlumat vermirlər” - Baş Prokuror
  06 İyun 2017    Oxunub:3206
“Uzun illərdir özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həmin siyasi partiyalar həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub, aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək”.
AzVision.az xəbər verir ki, bunu bu gün baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror deyib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidirlər:

“Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu qanunsuzdur. Bu halların qarşısı tam ciddiliklə alınıb. Gələcəkdə də bu halların qarşısı alınacaq. Bu insanlar on illərlə ictimai işlərlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir.

Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın”.

Elvin Abdulqədirov
AzVision.az




Teqlər: Baş-Prokuror   Zakir-Qaralov  





Xəbər lenti