Kraliça və prezidentə təbrik məktubu

Kraliça və prezidentə təbrik məktubu
  09 İyun 2017    Oxunub:2070
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya kraliçası II Elizabeti ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti