General Rəhimov vətəndaşları qəbul edəcək

General Rəhimov vətəndaşları qəbul edəcək
  01 İyul 2017    Oxunub:1349
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul iyulun 7-də 11:00-da xidmətin Ucar rayon şöbəsində baş tutacaq. Qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə, bölmələrinə müraciət edə və qeydiyyatdan keçmə bilərlər.

AzVision.az


Teqlər: Arzu-Rəhimov   Ucar   General  





Xəbər lenti