Ərdoğan Almaniyada Putinlə görüşəcək

Ərdoğan Almaniyada Putinlə görüşəcək
  04 İyul 2017    Oxunub:1493
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlamasında deyib. Onun sözlərinə görə, prezidentlərin görüşü Hamburqda keçiriləcək G 20 sammiti çərçivəsində baş tutacaq.

Görüş zamanı dövlət başçıları Suriya böhranının nizamlanması yollarını müzakirə edəcəklər.

Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   Rusiya   Putin   Hamburq  





Xəbər lenti