Nazirlik "Maşın bazarı"nın rəhbərini cərimələdi

18:04   17 Avqust 2017    Oxunub: 339
Nazirlik "Maşın bazarı"nın rəhbərini cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu, Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı “maşın bazarı”nın ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub.

Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

İnzibati xəta törətdiyinə görə “Üzeyir-2” kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai rayon məhkəməsinə göndərilib.

AzVision.az

Teqlər: Nazirlik   Maşın-bazarı   Cərimə  




Rubrikanın digər yazıları