Türkmənistandan gələn toz dumanı Bakını bürüyüb

11:03   23 Avqust 2017    Oxunub: 1163
Türkmənistandan gələn toz dumanı Bakını bürüyüb

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib.

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Qeyd edək ki, BakıAbşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.

Aytən Zəhra
AzVision.az

Teqlər: Bakı   Nazirlik   Toz   Hava    




Rubrikanın digər yazıları