Ali Komissar Cocuq Mərcanlıdan danışdı

Ali Komissar Cocuq Mərcanlıdan danışdı
  12 Sentyabr 2017    Oxunub:1902
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, görüşdə Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin imzaladığı sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək, o cümlədən Cocuq Mərcanlıdan olan məcburi köçkünlər arasında müştərək qiymətləndirmənin keçirilməsini həyata keçirmək istədiklərini bildirib.

Əli Həsənov vurğulayıb ki, Cocuq Mərcanlı sakinləri arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanması kimi layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.

AzVision.az


Teqlər: Qaçqınkom  





Xəbər lenti