Rəsmi məlumat: "Qoca" atışma zamanı ölüb - (VİDEO)

Rəsmi məlumat: "Qoca" atışma zamanı ölüb - (VİDEO)
  02 Noyabr 2017    Oxunub:42531
Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan zaman qaçan "Qoca” ləqəbli Etibar Məmmədov atışma zamanı ölüb.

Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O, bildirib ki, Etibar Məmmədov keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.



Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Qoca"nın Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E.Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Mətbuatda yayılan məlumatlara görə, Etibar Məmmədovun qaçmasına kömək edən müğənni Fədayə Laçın və bir neçə nəfər həbs edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qoca  





Xəbər lenti