İrəvanda Sülh Platformasının ofisi açılacaq
Okrayabr ayında Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 1-ci Qurultayında Nizamnamənin təsdiq olunduğunu qeyd edən R.Rzayev bildirib, qurultayda yeni yanaşma ortalığa qoyulub və platformanın yeni tərkib seçilib:
“Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib. Eyni zamanda Platformanın yeni yanaşması ilə bağlı müəyyən tədbirlər planı nəzərdə tutulub. Bu plana uyğun fəaliyyətimizi davam etdiririk”.
R.Rzayev qeyd edib ki, bu yaxınlarda yeni görüşlər keçiriləcək: “Bu istiqamətdə nəzərdə tutulan bütün addımları həyata keçiririk. Yaxın zamanlarda növbəti böyük görüşümüz olacaq. Bu dəfə Gürcüstanda qeydiyyata alınmağımız, Bakıda, Tbilisidə, İrəvanda ofislərin açılması müzakirə olunacaq. Bu istiqamətdə fəaliyyətimiz davam edir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Sülh-Platforması İrəvan