Məmmədyarov: "Qüdslə bağlı mövqeyimiz bəllidir"

Məmmədyarov: "Qüdslə bağlı mövqeyimiz bəllidir"
  20 Dekabr 2017    Oxunub:1389
"Qüdslə bağlı Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İƏT-in sammiti zamanı ökəmizin mövqeyini səsləndirib. Biz ABŞ prezidentinin Qüdslə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırırıq"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, münaqişə beynəlxalq normalar çərçivəsində həll olunmalıdır.

Məmmədyarov əlavə edib ki, gələn il Türkiyə ilə birgə TANAP layihəsi istifadəyə veriləcək: "İranla enerji sahəsində əməkdaşlığımız artmaqdadır. Elektrik enerjisi ilə bağlı ölkələr arasında münasibətlər inkişaf edir. Bununla əlaqədar gələn il Türkiyədə keçiriləcək altıncı üçtərəfli görüş zamanı iş adamları və özəl sektoru dəvət etməyi planlaşdırırıq. Əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti