Parlamentin 100 illiyi ilə bağlı medal təsis oluna bilər

Parlamentin 100 illiyi ilə bağlı medal təsis oluna bilər
  01 Fevral 2018    Oxunub:1441
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medalın təsis edilməsini təklif edib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən T.Kərimli deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunmalıdır.

Deputat qeyd edib ki, bu addım cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan-Parlamenti   Medal  





Xəbər lenti